Dünya

Çin ABŞ-ın İranın nüvə obyektinə hücumunu kəskin şəkildə qınayıb


Çin ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələri kəskin şəkildə qınayıb. SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü məsələyə dair açıqlama yayaraq, rəsmi Pekinin Birləşmiş Ştatların İrana hücumunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin təminatları altında nüvə obyektlərini bombalamasını qətiyyətlə pisləyib.

Bəyanatında deyilir ki, ABŞ-ın hərəkətləri BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququ kobud şəkildə pozur və Yaxın Şərqdə gərginliyi daha da artırır. Çin münaqişə tərəflərini mümkün qədər tez atəşkəsə nail olmağa, mülki əhalinin təhlükəsizliyini təmin etməyə, dialoq və danışıqlara başlamağa çağırıb.

XİN-in bəyanatında deyilir ki, Çin beynəlxalq ictimaiyyətlə səyləri birləşdirərək, ədaləti qorumağa, Yaxın Şərqdə sülh və sabitliyin bərpasına hazırdır.