İran böhranının Ukrayna üçün ağır nəticələrinin adı açıqlanıb…
ABŞ İrana qarşı uzunmüddətli müharibəyə qatılacağı təqdirdə Ukraynanı çətin günlər gözləyir.
…Neftin qiyməti qalxacaq, Amerika yardımı dayandırılacaq və Kiyevin beynəlxalq hüquqa və BMT-yə hər hansı müraciəti faydasız olacaq, çünki Vaşinqton İrana zərbələri ilə “qüdrət haqqının” qanunlardan daha vacib olduğunu nümayiş etdirdi..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın “Strana” nəşrinin jurnalistləri belə qənaətə gəliblər.
…Qəzet qeyd edir ki, ABŞ-ı uzunmüddətli müharibəyə cəlb etmək Amerikanın istənilən yardımının perspektivlərini puça çıxaracaq, neftin qiymətinin artmasına səbəb olacaq və nəticədə Rusiyanın mövqeyini gücləndirəcək.
Ola bilsin ki, Trampın tələsik addımı “qlobal Qərbdə son parçalanmaya və onun Ukraynaya vaxtının qalmayacağı böyük təlatümlər dövrünə girməsinə” gətirib çıxaracaq.
“Strana” yazır ki, “…bugünkü hücumun Kiyev üçün daha bir mənfi nəticəsi beynəlxalq hüquq anlayışlarının daha da aşınmasıdır.
İsraillilər və amerikalılar beynəlxalq hüquqa zidd olaraq və BMT sanksiyaları olmadan İrana hücum ediblər.
Zərbələr İranın nüvə bombası yaratmaq niyyətində olduğuna dair iddialara qarşı “profilaktik tədbir” kimi həyata keçirilib. …İndi Ukrayna hakimiyyətinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa müraciətləri əvvəlkindən də az təsir göstərəcək. Xüsusilə də dünyanın qeyri-Qərb bölgəsində. 1945-ci ildən sonra yaradılmış beynəlxalq münasibətlər sisteminə daha bir güclü zərbə vuruldu və onun yerində “güclülərin hüququ”nun bərqərar olması üçün daha bir addım atıldı.
Bunu da nəşr yazır..?
Əli Babayev