Dünya

İranda rejim dəyişikliyi nəyə gətirib çıxaracaq?





İranın “müqavimət oxu” faktiki olaraq məhv edilib…



…İsraillə davam edən münaqişə İran tarixində dönüş nöqtəsi ola bilər. Lakin bu, çətin ki, demokratiyaya gətirib çıxarsın. Daha çox ehtimal ki, ölkənin ideoloji teokratiyadan praqmatik avtoritar dövlətə çevrilməsi…

SİA-nın məlumatına görə, bu barədə “Foreign Affairs” yazır.

İqtisadi uğursuzluqların və beynəlxalq təcridin təsiri altında 1989-cu ildən hakimiyyətdə olan Ayətullah Xameneinin kursu dalana dirənib.

Onun “dünya İslam inqilabı” xəyalı daxili narazılığa, cəmiyyətdə dindarlığın azalmasına və xarici siyasətin uğursuzluğuna çevrilib..?

“Müqavimət oxu” – Yaxın Şərqdəki iranpərəst müttəfiqlər şəbəkəsi faktiki olaraq məhv edilib.

Ölkə daxilində hakimiyyət tədricən din xadimlərindən praqmatik elitaya – hərbçilərə, texnokratlara və millətçilərə keçir.

Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsindən ilhamlanan bu qüvvələr Qərblə münasibətləri normallaşdırmağa, iqtisadi inkişafa və ideoloji dogmalardan imtina etməyə çalışırlar. Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasına hələ 2023-cü ildə başlanılıb və bu yaxınlarda Ər-Riyaddan bir nümayəndə heyəti Tehrana səfər edib.

Prioritetlərin dəyişməsinin əlamətləri aydındır: əhali seçkilərdə islahatçılara səs verir, hakimiyyət dini qadağaları yumşaldır və liderlər getdikcə ABŞ və İsraillə əlaqələrin bərpasından danışır.

Rejimin dəyişməsi çox güman ki, inqilab yolu ilə deyil, daxili reboot vasitəsilə baş verəcək: islamçılıqdan uzaqlaşma, sabitlik və yaşamaq maraqları naminə ölkəni idarə etməyə keçid…

Rusiya ilə qeyri-populyar, lakin həyat qurtaran sülhə imza atan Şahzadə Abbas Mirzə kimi, İranın yeni liderləri də ideoloji münaqişədənsə diplomatiyanı seçə bilərlər.

Əli Babayev