Dünya

İranın Hörmüz boğazını bağlamaq qərarına ABŞ-ın cavabı açıqlanıb…


ABŞ-ın dövlət katibi Marko Rubio İranın Hörmüz boğazını bağlamaq barədə mümkün qərarının münaqişənin böyük bir eskalasiyası olacağını və ABŞ və digər ölkələrin cavabını tələb edəcəyini deyib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. …Bazar günü, iyunun 22-də İran parlamenti İsrailin zərbələrinə cavab olaraq Hörmüz boğazının bağlanmasını dəstəkləyib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Esmail Kosari qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı ölkənin Milli Təhlükəsizlik Şurası verir. …Bu, onlar üçün daha bir dəhşətli səhv, iqtisadi intihar olacaq. Bu, təkcə bizdən deyil, digər ölkələrdən də cavab tələb edən böyük bir eskalasiya olardı.

Bunu Rubio deyib.

Onun sözlərinə görə, Amerika hərbi təyyarələri İranın hava məkanına sərbəst daxil ola bilir və “əvvəllər görünməmiş silahlara” malikdir.

Diplomat aydınlıq gətirib ki, bombardmançılar “dünyanın o biri tərəfindən uçdular”, iranlılar nə baş verdiyini başa düşməmiş, zərbəni endiriblər və ərazini tərk ediblər.

…Xatırladaq ki, Hörmüz boğazı Fars körfəzi ölkələrindən (İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ) Asiya bazarlarına neftin tankerlə daşınması üçün istifadə edildiyi üçün dünyanın ən mühüm dəniz kommunikasiyalarından biri hesab olunur.

Boğazdan dünya neft, kondensat və neft məhsullarının 15-20 faizi, maye qazın isə 30 faizdən çoxu keçir.

Əksər ölkələr Hörmüz boğazını beynəlxalq gəmiçilik zonası hesab edir.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens İranın bütün iqtisadi fəaliyyətinin Hörmüz boğazı vasitəsilə həyata keçirildiyini və onun bağlanmasının ölkə iqtisadiyyatı üçün “intihar” olacağını bildirmişdi.

Əli Babayev