“İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur”
Fordo da daxil olmaqla, İranın üç nüvə obyektinə endirilən zərbələrdən sonra hazırda radiasiya səviyyəsində artım barədə məlumat daxil olmayıb. SİA xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) özünün X hesabında təsdiqləyib.
Məlumatda bildirilir ki, yeni məlumatlar əldə edilən kimi AEBA İrandakı vəziyyətlə bağlı öz dəyərləndirmələrini açıqlayacaq.