Dünya

Rubio İranı ABŞ-ın görünməmiş silahları ilə hədələyib…


…Dövlət katibi Marko Rubio “Fow News” telekanalına verdiyi açıqlamada ABŞ-ın İranın hava məkanına sərbəst keçidinin olduğunu bildirib.

SİA-nın məlumatına görə, diplomat İslam Respublikasının Amerikanın hücumuna mümkün hərbi cavabını şərh edərkən deyib ki, “…biz istədiyimiz vaxt İranın hava məkanına girib-çıxa bilərik. “Dünən gecə təyyarələr dünyanın o biri tərəfindən havaya qalxdı, iranlılar nə baş verdiyini anlamadan vurdular və ərazini tərk etdilər. Rubio həmçinin qeyd edib ki, Birləşmiş Ştatların sərəncamında “əvvəllər görünməmiş silahlar” var.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Natanz, İsfahan və Fordodakı nüvə infrastrukturuna zərbələr endirib. ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran danışıqlara getməsə, ölkədə hələ də “çoxlu hədəflər” qalacaq. Eyni zamanda, İran ABŞ-ın zərbələrinin nüvə obyektlərinə ciddi ziyan vurmadığını, bütün vacib material və avadanlıqların əvvəlcədən çıxarıldığını iddia edir.

Əli Babayev