Rusiya Avropada yeni hərbi əməliyyatlar hazırlayır..?
…Ukrayna prezidenti Vladimir Zelenski bazar günü deyib ki, Rusiyanın Avropada yeni hərbi əməliyyatlar hazırladığına dair sübutlar var.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna dövlətinin başçısı Telegram-da yazıb.
Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla görüşdən sonra açıqlama verib.
…Biz Rusiya rəhbərliyinin növbəti intellektual reqressiyasını qeydə alırıq və onların Avropa ərazisində yeni hərbi əməliyyatlar hazırladıqlarına dair sübutlarımız var, – prezident yazıb.
O qeyd edib ki, Ukrayna Ukrayna kəşfiyyatının əldə etdiyi faktlar barədə tərəfdaşlarına məlumat verəcək.
…Biz müdafiə üçün birgə qərarlar hazırlayırıq, xüsusən də Böyük Britaniya və Avropa Birliyi ilə, – deyə Zelenski bildirib.
Əli Babayev