İqtisadiyyat

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb


İqtisadiyyat nazirinin müavini Anar Axundov Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirlikdən bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.