Sosial

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib


“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib.

Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.