Şəxsi həyat istənilən alqoritmdən daha üstündür
Roma Papası XIV Leo süni intellektin mümkün təsirləri barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, pontifik süni intellektin statik yaddaşının heç bir halda kreativ və dinamik insan yaddaşı kimi güclü ola bilməyəcəyini vurğulayıb.
Papa həmçinin, balanslaşdırılmış, sağlam və gələcək nəsillər üçün faydalı olacaq həyat tərzi seçilməsini tövsiyə edib.
“Xüsusi olaraq, unutmaq lazım deyil ki, süni intellekt bəşər övladının xidmətində olan vasitə kimi istifadə edilməlidir. Onun rolunu azaldacaq və ya onu əvəzləyəcək vasitə kimi deyil. Şəxsi həyat istənilən alqoritmdən daha üstündür. Sosial münasibətlərin inkişafı daha geniş sahəni əhatə edir və ruhsuz maşınların proqramlaşdığı sxemlərin fövqündə dayanır” – deyə katolik kilsəsinin başçısı vurğulayıb.