Siyasət

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib. SİA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıblar.