Füzuliyə köçürülənlərdən 1097 şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 1097 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 1051 şəxsin məşğulluğu təmin olunub (o cümlədən, 48 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 46 sakin isə peşə kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.