İranın Qətərə təcavüzü beynəlxalq hüquqa açıq şəkildə ziddir
Ərəb Parlamenti İranın Qətər Dövlətinə təcavüzünü sərt şəkildə pisləyir. Bunu Qətər suverenliyinin açıq və qəbulolunmaz şəkildə pozulması, eləcə də beynəlxalq hüquq normalarının tapdanması adlandırır. SİA xəbər verir ki, bu barədə Ərəb Parlamentinin yaydığı bəyanatında yer alır.
“Ərəb Parlamenti Qətər Dövləti ilə tam həmrəy olduğunu ifadə edir və onun suverenliyini, təhlükəsizliyini və ərazi toxunulmazlığını qorumaq üçün görəcəyi bütün tədbirlərə tam dəstəyini bildirir”, – deyə Ərəb Parlamentinin bəyanatında vurğulanır.
Ərəb Parlamenti regionda münaqişə meydanının genişlənməsinin mənfi nəticələrindən xəbərdarlıq edir, təhlükəsizliyi və sabitliyi pozacaq vəziyyətin gərginləşməsinin qarşısının alınmasına çağırır.