Zelenski ilk görüşünü NATO sammitində keçirib…
Ukrayna prezidenti Vladimir Zelenski NATO sammitində Hollandiyanın baş naziri Dik Şofla görüşüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
Ukrayna lideri bildirib ki, o, Hollandiya hökumətinin başçısı ilə hər iki ölkədə pilotsuz təyyarələrin istehsalını, həmçinin hava hücumundan müdafiə sistemlərinin alınmasını və guya Rusiya pilotsuz təyyarələrinin hücumlarına qarşı mübarizədə nəyin kömək edəcəyini ehtiva edən müdafiə paketini müzakirə edib.
Bundan əlavə, onlar Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynanın Avropaya inteqrasiyasını müzakirə ediblər. …Təşəkkür edirəm, Dik. Dostluğunuza və dəstəyinizə görə Hollandiya xalqına, parlamentinə və hökumətinə təşəkkür edirəm, – o yazıb.
Bundan əvvəl Zelenski Rusiyanın NATO-ya təhdidindən danışıb. Onun sözlərinə görə, guya Moskva alyans ölkələrinin ərazisində yeni hərbi əməliyyatlar planlaşdırır.
Əli Babayev