Dünya

Zelenski prezident postunu tərk edəcəyi tarixi açıqladı


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişə bitənə qədər vəzifəsində qalmaq istədiyini bildirib. SİA xəbər verir ki, o, bu barədə “Sky News”a müsahibəsində danışıb.

Jurnalist Mark Ostinin münaqişəni həll etmək üçün özünü ən yaxşı şəxs hesab edib-etmədiyi ilə bağlı sualına Zelenski belə cavab verib: “Mən ən təcrübəliyəm. Bəlkə də ən yaxşısı deyil. Həmişə sizdən daha yaxşı insanlar var”.

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməyi təklif etmişdi. O, indiki prezidenti ölkənin müstəqillik illərində ən yaxşı lider hesab etdiyini vurğulayıb.