Bakı Təşəbbüs Qrupu və Qvadelup memorandum imzalayacaq
“Bakı Təşəbbüs Qrupu və Qvadelup arasında əməkdaşlıq çərçivəsində memoranduma imza atılacaq”. SİA-nın məlumatına görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, əməkdaşlığın perspektivlərini də dəyərləndirib: “Bakı Təşəbbüs Qrupu olaraq tək paytaxtımızda deyil, həm də Birləşmiş Millətlər Təşkilatının qərargahında tədbirlər keçiririk. Bu tədbirlərin hesabatları BMT-nin müvafiq qurumlarına təqdim edilir. Həmin sənədlərin nəticəsi olaraq, bu ilin oktyabrında BMT-də xüsusi bəyanatın qəbul ediləcəyi gözlənilir”.