Dünya

İran prezidenti Aİİ sammiti üçün Minskə gəlməyəcək






Sammit iyunun 27-də baş tutacaq.



Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Tehranın nüvə proqramı ətrafında yaranmış gərgin vəziyyət və İsraillə münaqişə səbəbindən İran prezidenti Məsud Pezeşkian Avrasiya İqtisadi İttifaqının (Aİİ) iyunun 27-də Minskdə keçiriləcək sammitində şəxsən iştirak edə bilməyəcək.

Onun sözlərinə görə, İran lideri sammit üçün videomüraciət yazacaq. “İran prezidenti Pezeşkian məlum səbəblərə görə şəxsən iştirak etməyəcək və Minskə gəlməyəcək, lakin videomüraciət göndərəcək”.

SİA-nın məlumatına görə, İnterfaks bunu Uşakovdan sitat gətirib.

Əli Babayev