Dünya

Rutte Trampı “ata” adlandırdı…


NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın İsrail və İran arasındakı münaqişə ilə bağlı ədəbsiz bəyanatlarını şərh edərkən Amerika liderini “ata” adlandırıb.

SİA-nın məlumatına görə, onun sözlərini Reuters agentliyi sitat gətirir.

Qeyd edək ki, bir müddət əvvəl NATO-nun Haaqa sammiti zamanı Tramp İran və İsrail arasında gedən döyüşləri məktəb həyətində döyüşən uşaqlarla müqayisə edib.

O, “iki ölkə var ki, o qədər uzun və o qədər şiddətli mübarizə aparırlar ki, nə etdiklərini başa düşmürlər” deyib.

Trampın sözləri Rutteni güldürüb.

…Və sonra atam bəzən onları dayandırmaq üçün sərt dildən istifadə etməli olur.

Bunu NATO baş katibi əlavə edib.

Rutte sözlərini Trampa “yaltaqlıq və tərif” kimi qiymətləndirib.

Onları alçaldıcı və zəiflik əlaməti hesab edib-etməməsi ilə bağlı suala o, belə düşünmədiyini deyib və ABŞ prezidentini “tərifə layiq yaxşı dost” adlandırıb.

Əli Babayev