Dünya

İngiltərə öz ərazisində müharibəyə hazırlaşır..?





London yeni təhlükəsizlik strategiyasında Rusiyanı birbaşa təhdid adlandırır…



…Britaniya hökuməti ölkəni öz ərazisində mümkün hərbi əməliyyatlara hazırlaşmağa çağırıb. Yeni milli təhlükəsizlik strategiyası Rusiyanı “birbaşa və aktual təhlükə” adlandırır. Böyük Britaniya uzun illərdən sonra ilk dəfə olaraq öz ərazisində mümkün hərbi əməliyyatlara hazırlaşmaq zərurətini rəsmən bəyan edib.

Yeni milli təhlükəsizlik strategiyasına əsasən, ölkə müdafiəsini gücləndirmək üçün təcili tədbirlər tələb edən “radikal qeyri-müəyyənlik”lə üzləşir.

Sənəddə Londonun “birbaşa təhlükə” adlandırdığı Rusiyaya xüsusi diqqət yetirilir və 28 dəfə xatırlanır.

Britaniya hakimiyyəti iddia edir ki, Moskvanın Ukraynadakı hərəkətləri bütün Avropa üçün risklər yaradır, baxmayaraq ki, Kreml bu ittihamları qəti şəkildə rədd edir.

SİA-nın məlumatına görə, bunu tass.ru yazır.

Baş nazir Keir Starmer vurğulayıb ki, Böyük Britaniya öz maraqlarını qorumaq üçün tez və çevik hərəkət etməlidir. Strategiya həmçinin münaqişə zamanı ölkəni iflic vəziyyətinə sala biləcək enerji və logistika infrastrukturuna potensial hücumlardan bəhs edir.

Paralel olaraq Böyük Britaniya Müdafiə Nazirliyi M777 haubitsalarının istehsalını bərpa edib ki, bu da hərbi potensialın artdığını göstərir.

Əli Babayev