İranın ali lideri ABŞ-ni hədələyib
İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir. SİA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.
O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.
Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə – Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.
Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.