Dünya

Putin Belarusa gəlib



Putin Belarusa gəlib

O, Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək…



Putin iyunun 26-da Belarusa iki günlük səfərə gəlib.

SİA-nın məlumatına görə, Rusiya hökmdarını hava limanında Belarusun baş naziri Aleksandr Turçin qarşılayıb.

Bu, bu səviyyəli səfər üçün protokol tələblərinə uyğundur. Daha əvvəl xəbər verildiyi kimi, Vladimir Putin Belarusun 2025-ci ildə Avrasiya İqtisadi İttifaqına sədrliyi çərçivəsində təşkil olunan Ali Avrasiya İqtisadi Şurasının iclasında və Minskdə IV Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Əli Babayev