Ulan-Udedə taxta yaşayış binasında yanğın söndürülür…
Ulan-Udedə taxta yaşayış binası yanır, 20 nəfər oradan təxliyə edilib.
SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Buryatiya üzrə Baş İdarəsi məlumat yayıb.
…Mərkəzi yanğınsöndürmə məntəqəsinə Şalyapina küçəsində taxta konstruksiyalardan ibarət yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlər gələnə qədər 20 nəfər təxliyə olunub. Tələfat barədə məlumat yoxdur. Yanğınsöndürmə davam edir.
Bu, idarədən bildirilib.
Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Ulan-Ude yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir.
Nazlı Almuradova