Dünya

“Düşmən hakimiyyəti ələ keçirdi”..?





Erməni ictimai fəal Ermənistandakı vəziyyətdən danışıb…



“Avrasiya” ANO-nun idarə heyətinin üzvü Mika Badalyan Erməni Apostol Kilsəsi ətrafında yaranmış vəziyyəti hakimiyyətin ələ keçirilməsi adlandırıb.

SİA-nın məlumatına görə, bu barədə “İzvestiya” xəbər verir. O qeyd edib ki, indi ermənilərin qarşısında duran əsas vəzifə birləşməkdir.

Badalyan əmindir ki, ölkə sakinləri “Ermənistanda hakimiyyəti ələ keçirmiş düşmənin” onları məhv edə bilməyəcəyini təmin etməyə borcludurlar.

…Biz Kilsə ətrafında, bizə, ermənilərə min illər boyu erməni qalmağa imkan verən qurum ətrafında birləşməliyik…

Badalyan onu da bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni vətəndaş müharibəsinə aparır.

O qeyd edib ki, siyasətçi üçün ən vacibi hakimiyyəti əlində saxlamaqdır.

Yada salaq ki, son aylar Erməni Apostol Kilsəsi ilə Paşinyan arasında qarşıdurma kəskinləşib.

2025-ci ilin may ayından o, kilsəni fəal şəkildə tənqid edir, o cümlədən subaylıq andını pozduğuna görə.

Buna baxmayaraq, münaqişənin əsl səbəbi katolikos II Qareginin vətənpərvər mövqeyi və müxalif qüvvələrə dəstək verməsi hesab olunur.(?).

İyunun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskop Mikael Ajapahyanı saxlamaq üçün bütün ermənilərin katolikosunun Müqəddəs Eçmiədzin Ana taxtındakı iqamətgahına gəliblər.

İqamətgaha gələn din xadimləri və vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının əleyhinə danışıblar. Ermənistan İstintaq Komitəsi saxlanmağa mane olma faktı ilə bağlı cinayət işi açıb.

Əli Babayev