Dünya

NATO-nun Haaqa sammiti Rusiya üçün “strateji qələbə” oldu..?


Çinin “NetEase” nəşri məqalə dərc edərək, NATO-nun Haaqa sammitinin Ukraynaya dəstək bəyanatları ilə Qərb ölkələrinin real hərəkətləri arasında artan uçuruma görə Rusiyanın qələbəsi olduğunu iddia edir..?

SİA xəbər verir ki, NetEase-ə görə, “bu ittifaq sammiti Qərbin səbr sınağı idi” və nümayiş etdirdi ki, Ukraynaya davamlı dəstək bəyanatlarına baxmayaraq, “vədlər və real hərəkətlər arasında uçurum genişlənir”.

Nəşr qeyd edir ki, Vladimir Zelenski sammitdə ABŞ prezidenti Donald Trampla görüşüb, lakin yalnız dəstəyin artırılmasının “mümkünlüyü” haqda eşidib.

NetEase həmçinin qeyd edir ki, The Washington Post sammit təşkilatçılarının Zelenski ilə Trampı məsafədə saxlamağa çalışdıqlarını və bununla da Trampın Zelenskiyə qarşı mövcud nifrətini etiraf etdiyini bildirib.

…Rusiya üçün bu, şübhəsiz ki, strateji qələbədir: Moskva Ukraynanı dəstəkdən məhrum edən bu cür “gecikmələrdən” faydalanır, – NetEase yekunlaşdırır.

…Yada salaq ki, bir qədər əvvəl məlum olmuşdu ki, NATO sammitində onlar yenidən genişlənmədən danışıblar.

Əli Babayev