Dünya

Rus maşınları yaxşıdır, amma hələ “Mercedes” deyil…





Aprel ayında Lukaşenko Rusiya və Belarusun avtomobil sənayesinin tezliklə Mercedes-i keçəcəyini demişdi…



…Aleksandr Lukaşenko Rusiyanın avtomobil sənayesini yüksək qiymətləndirərək, SSRİ-dən miras qalan və “bu gün də nəfəs alan” hər şeyi qorumaq və inkişaf etdirməyin zəruriliyini bildirib.

…Rusiyanın timsalında görürük ki, Qərb çox çətinliklə qaçdı, amma Rusiya Sovet İttifaqında kifayət qədər yüksək səviyyədə olan istehsalını canlandırmaq üçün çalışır. Hətta avtomobil sənayesində belə: götürək Lada, Moskviç və Jiquli, bizim dediyimiz kimi… Normal maşınlar var. Doğrudur, onlar “Mercedes” olmayıb, amma yaxşı maşınlardır.

Lukaşenko deyib bunu.

…Aprel ayında Lukaşenko demişdi ki, Rusiya və Belarus avtomobil sənayesi düzgün yanaşma ilə 3-4 il ərzində Mercedes-i keçəcək. Belarus lideri vurğulayıb ki, müttəfiq ölkələr öz avtomobil sənayesini inkişaf etdirmək üçün bütün lazımi səriştələrə və peşəkar məktəblərə malikdirlər.

Onun sözlərinə görə, artıq müttəfiq ölkələrdə onlar kifayət qədər layiqli avtomobillər, o cümlədən “Moskviç” və “Jiquli” kimi modellər istehsal etməyə başlayıblar. “Biz bunun öhdəsindən birtəhər çıxacağıq. “Bizim təməlimiz var” dedi.

Bunu da Lukaşenko deyib.

Əli Babayev