Dünya

Yunanıstanda meşə yanğınlarına görə 5 kənd təxliyə olunub


Afinanın 50 kilometrliyində başlayan meşə yanğınlarının miqyası genişlənir. SİA “Ekathimerini” saytına istinadla xəbər verir ki, yanğınla əlaqədar 5 kənd boşaldılıb. İsti və quru hava alovun ram edilməsini çətinləşdirir. Yanğının söndürülməsinə yüzdən çox şəxsi heyət və aviasiya cəlb olunub.

Kəndlərdən birinin bələdiyyə sədri bildirib ki, yanğına yüksək gərginlikli elektrik xəttində yaranan qığılcım səbəb olub.

Qeyd edək ki, ötən il meşə yanğınları nəticəsində Yunanıstanda 45 min hektardan çox ərazi məhv olub.