ABŞ-nin zərbə endirdiyi Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb
ABŞ Hərbi Hava Qüvvələrinin zərbələr endirdiyi İranın Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb. SİA xəbər verir ki, bu barədə “New York Post” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
Briqadalar ekskavatorlar və buldozerlərlə ABŞ-nin “GBU-57” bunker əleyhinə raketlərinin zərbələrindən sonra əmələ gələn çuxurların yaxınlığındadırlar.
İşçilərin bəziləri nüvə obyektinə gedən yeraltı yolları bərpa edirlər.
Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib.