Dünya

Britaniyada miqrasiya böhranına səbəb “Brexit”dir


Avropa İttifaqının (Aİ) rəsmi tədqiqat sənədində bildirilib ki, Böyük Britaniyada miqrasiya böhranının əsas səbəbi “Brexit”dir. SİA “Telegraph”a istinadla xəbər verir ki, Avropa Parlamentinin tədqiqat xidməti tərəfindən “Brexit” paradoksu: Aİ-dən çıxmaq miqrasiyanı necə artırdı?” adlı hesabat hazırlanıb. Sənəddə qeyd olunub ki, Birləşmiş Krallıq Aİ-də qalsaydı, hökumətlər qanunsuz miqrasiyanı, xüsusilə də Avropadan kiçik qayıqlarla gələnləri daha effektiv şəkildə nəzarətdə saxlaya bilərdi. Həmçinin bildirilib ki, post-“Brexit” dövründə miqrasiya qanunlarının liberallaşdırılması səbəbindən Britaniyada miqrasiya göstəricisi 2023-cü ildə 906 min nəfərə yüksəlib. “Miqrasiya ilə bağlı narahatlıqlar bir çox britaniyalını Aİ-dən çıxmağa səsverməyə vadar etdi. Bununla da ölkə Aİ-dən çıxdıqdan sonra daha çox miqrant cəlb edib”,- deyə sənədin müəllifləri vurğulayıb. Bu sənəd Brüsselin miqrasiya məsələsində indiyədək ən sərt mövqelərindən biri kimi qiymətləndirilir.