Dünya

Bu dəfə Putin doğrudan da, pəjmürdəhal olub…





“Rusiya uçurumun kənarında” olduğunu öyrənən Kreml rəhbəri hərbi xərcləri azaltmağa başlayacaq…



Kreml rəsmilərinin Rusiyanın “resessiya astanasında” olduğu xəbərdarlığından sonra Vladimir Putin hərbi xərcləri azaltmağa hazırlaşır.

SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, Putin 2026-cı ildə müdafiə xərclərini azaltmağa başlayacağını, ümumi ixtisarların üç il davam edəcəyini bildirib.

NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmaq planlarını şərh edən Putin bildirib ki, alyans üzvləri pulu “ABŞ-dan satınalmalara və hərbi sənaye kompleksinin dəstəklənməsinə” xərcləyəcəklər.

Nəşr qeyd edib ki, Putin planlarını Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun bu yaxınlarda ölkənin “resessiya astanasında” olduğunu bəyan etməsindən sonra açıqlayıb. Nəşr Ukraynaya qarşı müharibənin fonunda qeyd edib ki, Kreml cəbhə xəttində sıraları doldurmaq üçün əsgərlərə yüksək maaş və səxavətli imza bonusları təklif edib.

Qəzet yazır ki, “…Hərbi-sənaye kompleksi artan dövlət xərclərindən faydalandığı halda, özəl sektor sənayeləri aşağı tələbatdan, artan xərclərdən və yüksək faiz dərəcələri səbəbindən yüksək borc riskindən əziyyət çəkirdi”.

Bundan əlavə, Rusiyanın gələcək xərclərinə Ukraynaya qarşı müharibədən qayıdanların reinteqrasiyası xərcləri də daxil ola bilər.

…Mülki həyata qayıdan 140 minə yaxın rus əsgərinin yarısı işsizdir.

Əli Babayev