“Emirates” şirkəti Tehrana uçuşlara qoyulan məhdudiyyətləri uzadıb
Dünyanın ən böyük aviaşirkətlərindən biri olan “Emirates” Tehrana (İran) uçuşlara qoyulan məhdudiyyətləri iyulun 5-dək uzadıb. SİA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, Tehrana uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması regiondakı cari vəziyyətlə əlaqədardır.
Qeyd edilib ki, buna baxmayaraq, şirkət Bağdad və Bəsrəyə (İraq) uçuşları müvafiq olaraq iyulun 1 və 2-dən etibarən bərpa edəcək.