Dünya

Fiko yeni anti-Rusiya sanksiyalar paketinə ironiya ilə reaksiya verir..?


Slovakiyanın baş naziri Robert Fiko mətbuatla söhbətində Rusiyaya qarşı son sanksiyalar paketinin görünən miqyasına baxmayaraq, gözlənilən nəticəni verməyəcəyi qənaətində olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fiko istehza ilə qeyd edib ki, 18-ci sanksiyalar paketi hamı üçün “seksual” görünür. Ətrafında çox səs-küy var, aktiv şəkildə müzakirə olunur və vacib bir şey kimi təqdim olunur. Lakin əvvəlki tədbirlər kimi, bu paketin də böyük ehtimalla Rusiya Federasiyasına ciddi təsiri olmayacaq

Bunu deyən Slovakiya Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, o, “keçmişə qayıtmağın” mənasını görmür. Eyni zamanda, o, tətbiq edilən məhdudiyyətlərin 2028-ci il yanvarın 1-dən etibarən qaz təchizatının dayandırılmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Daha əvvəl Fiko Slovakiyanın 18-ci anti-Rusiya sanksiyalar paketini dəstəkləmək istəmədiyini və Brüsselin Rusiyanın enerji resurslarına embarqo tətbiq etmək planları ilə bağlı Avropa İttifaqı ilə danışıqları davam etdirmək niyyətində olduğunu bildirmişdi.

Əli Babayev