Sosial

Pakistanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb


Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi.

Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.