Sanksiyalar sərtləşdirilir…
…Norveç Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə qoşulub və cümə günü, iyunun 27-də qüvvəyə minən yeni məhdudiyyətlər tətbiq edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Norveç hökumətinin saytında bildirilir.
Sanksiyalar siyahısına Rusiyanın məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi “kölgə donanmasının” 189 gəmisi, həmçinin pilotsuz təyyarələrin, silahların, döyüş sursatlarının, hərbi texnikanın, əsas komponentlərin tədarükü və Rusiya hərbi-sənaye kompleksinin maddi-texniki təminatı ilə məşğul olan 17 fiziki şəxs…eləcə də 58 şirkət daxildir.
Sanksiyalar Norveç və Avropa İttifaqının Rusiyaya təzyiqlərini davam etdirməsinə işarədir. Sanksiyaların 17-ci raundu, xüsusən də kölgə donanmasında olan gəmilərin sayını iki dəfə artırmaqla Rusiyanın iqtisadiyyatına və hərbi gücünə daha çox ziyan vurur.
Bu, Rusiyanın qeyri-qanuni təcavüzkar müharibəsinə ümumi Avropa təzyiqinə mühüm töhfədir.
Bunu Norveçin xarici işlər naziri Espen Bart Eide deyib.
İxrac nəzarəti siyahısına daha 31 hüquqi şəxs əlavə edilib ki, onlar da hazırda bəzi malların tədarükünə daha sərt məhdudiyyətlər tətbiq edirlər.
Bu qurumlar hərbi məhsulların son istifadəçiləri hesab olunur, Rusiya müdafiə-sənaye kompleksinin bir hissəsidir və ya Rusiya Federasiyasının müdafiə və təhlükəsizlik sahələri ilə əlaqələri var.
…İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısı da genişləndirilib.
Əli Babayev