Suriyalı yeniyetmə Taylor Svifti öldürmək istəyib..?
…Suriyalı yeniyetmə amerikalı müğənni Teylor Sviftin “Eras Tour” konsertlərində terror aktının hazırlanmasına kömək etməkdə ittiham olunub.
SİA-nın məlumatına görə, Almaniyada Məhəmməd A. kimi tanınan şübhəli xarici terror təşkilatına dəstək verməkdə və 2024-cü ilin avqustunda Avstriyanın paytaxtı Vyanada terror aktı hazırlamaqda günahlandırılıb.
Almaniya prokurorluğu açıqlamasında bildirib ki, Məhəmməd A. terror təşkilatı İslam Dövləti ideologiyasına sadiqdir və 2024-cü ilin iyul ayının ortaları ilə avqust ayları arasında Sviftin konsertində partlayış törətməyi planlaşdıran gənc avstriyalı ilə əlaqə saxlayıb.
İddialara görə, yeniyetmə bomba hazırlama təlimatlarını ərəb dilindən tərcümə edərək, potensial terrorçu ilə terror təşkilatının üzvü arasında onlayn əlaqə yaradaraq kömək edib. Bundan başqa, Məhəmməd A. avstriyalıya qrupa qoşulmaq üçün istifadə etdiyi İslam Dövlətinə beyət mətnini də təqdim edib.
Şübhəli həbsdə deyil. 28 avqust 2024-cü ildə MKİ sözçüsü jurnalistlərə bildirib ki, 35 yaşlı Svifti planlaşdırdığı hər üç şousunu ləğv etməyə məcbur edən qarşısı alınmış terror planı on minlərlə insanın həyatını təhdid edir.
Nazlı Almuradova