Dünya

Ukrayna Silahlı Qüvvələri daha bir Çin əsgərini əsir götürüb…





Dindirmə zamanı o, Rusiya Federasiyası üçün əlverişsiz olan bir həqiqəti söyləyib…



…Ukrayna hərbçiləri Rusiya tərəfində Ukraynaya qarşı vuruşan Çindən olan döyüşçünü əsir götürüb.

SİA xəbər verir ki, bu barədə məhbusun dindirilməsinin eksklüziv təfərrüatlarını dərc edən “Nikolayevski Vanek” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, saxlanılan şəxsin adı Vanq Vudur və o, əslən Çinin Anhuy əyalətinin Benqbu şəhərindəndir. Onun 24 yaşı var və rus ordusunda çağırış nişanı “Sabre”dir. Van Vu Rusiya Silahlı Qüvvələrinin 150-ci Diviziyasının 102-ci alayında xidmət edib.

O, əvvəllər bu alayın tərkibində əcnəbi muzdluların yer aldığı məşhur videoçarxda görünüb.

Onların əksəriyyəti artıq ölüb, sağ qalanların bir neçəsi isə ya ağır yaralanıb, ya da onun kimi Ukrayna hərbçilərinə təslim olub.

Van Vunun sözlərinə görə, o, Rusiyaya valideynləri üçün pul qazanmaq üçün gəlib.

Lakin sonda Ufada Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq, cəbhədə deyil, arxa cəbhədə işləməyi gözləyib. Amma sənədləri imzaladıqdan dərhal sonra o, Donbasdakı cəbhə xəttinə göndərilib.

Çinli döyüşçü ümumiyyətlə döyüşmək istəmədiyini etiraf edib.

Əli Babayev