İranın neft emalı zavodunda partlayış baş verib…
İranın şimal-qərbində Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.
SİA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Neft emalı zavodunun yaxınlığındakı qatı tüstünün qəza nəticəsində baş verdiyi qeyd edilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində itki yoxdur və zavod adi rejimdə fəaliyyətini davam etdirir.
Əli Babayev