Pakistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb
Pakistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar bir ötən gün saat 22:24-də (Bakı vaxtı ilə bu gün 02:24-də) təxminən 236 min insanın yaşadığı Dera Qazi Xano şəhərindən 91 km şimal-qərbdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat verilməyib.