300-dən çoz şagirdin dərsə davamiyyəti bərpa olunub
“Son iki ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son 2 ildə Agentlik və MÜTDA bu sahədə tədbirlərini davam etdirir.