COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir
COP29 nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransda iştirak etmək üçün Sevilyaya səfər edib. Bu barədə SİA COP29-un “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
“Bu gün COP29 sədrliyinin nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransa qatılmaq üçün Sevilyaya səfər edib. Nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə mövzusunu qlobal gündəliyin mərkəzində saxlamağı və hökumətlərə Bakı konfransında götürdükləri öhdəlikləri xatırlatmağı planlaşdırır”, – paylaşımda qeyd olunub.
Konfrans iyunun 30-dan iyulun 3-dək Sevilyada keçiriləcək və dayanıqlı inkişafa investisiyaların yatırılmasını müzakirə etmək üçün dünya liderlərini, beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin və müxtəlif BMT orqanlarının nümayəndələrini bir araya gətirəcək.