İrəvan KTMT-in bu iclasını da boykot etdi
Çolpon-Atada (Qırğızıstan) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. SİA xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq və regional vəziyyəti və onun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. “Sputnik Qırğızıstan” xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. İrəvan hələ 2024-cü ilin əvvəlində təşkilatda iştirakının dondurulduğunu elan edib.