Dünya

İrandan İlon Maskı məyus edəcək xəbər gəldi


İran İlon Maskın “Starlink” peyklərinin ölkədə istifadəsini qadağan edib. SİA xəbər verir ki, İran parlamenti İsraillə əməkdaşlıq edənlərin cəzalarını artıracaq 9 maddədən ibarət qanun layihəsini təsdiqləyib.

Yeni qanun “Starlink” kimi icazəsiz internet sistemlərinin istifadəsini qadağan edəcək, eyni zamanda bunu edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

“Starlink” kimi icazəsiz internetə çıxış sistemlərini almaq, satmaq, istifadə etmək və ya başqalarına təqdim etmək qadağandır. Bu qaydaları pozanları 6 aydan 2 ilə qədər həbs gözləyir. Bu cihazların 10-dan çoxu ilə ticarət edənləri 5 ildən 10 ilə qədər həbs gözləyir.