Dünya

Zurabişvili müxalifəti birləşməyə çağırdı


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edərək müxalifəti birləşməyə çağırıb. SİA xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb. O qeyd edib ki, artıq yeddi aydır ki, Gürcüstanda etirazlar davam edir: “Gürcüstan hakimiyyəti müxalifəti qorxuda bilmir və məğlubiyyətə məhkumdur. Hökumət müxalifəti gözdən salmağa çalışır, lakin bütün müxalifət qüvvələri birliyi qoruyub saxlasa, bu, nəticə verməyəcək. Yalnız birlik sayəsində ölkə xilas ola bilər”.

Xatırladaq ki, iyunun 24-də Tbilisi məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə (2004-2013) cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiyi üçün müxalifətdə olan “Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadzeni 7 ay müddətinə azadlıqdan məhrum edib.