Month: June 2025

“Onları əsirlikdən çıxarsaq, Rusiyada cəhənnəmi yarada bilərlər…”

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya həbsxanalarından buraxılan məhkumlar əsir mübadiləsindən sonra vətənə qayıdarsa, Rusiya cəmiyyəti üçün ciddi təhlükə yarada bilər. SİA-nın məlumatına görə, Daily Express yazır ki, bunu Putinyönlü şərhçi Nadana Fridrixson deyib. X sosial şəbəkəsində yayımlanan videoda…

Leysan olacaq, dolu düşəcək, çaylardan sel və daşqın keçəcək

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq ayın 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək…

Azərbaycanın energetika naziri OPEC-in Baş katibi ilə görüşüb

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib. SİA Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin…

“…Üçtərəfli zirvə görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”

“Laçında keçirilən üçtərəfli zirvə görüşü regional və beynəlxalq səviyyədə diqqət çəkən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının təşəbbüsü və ev sahibliyi ilə baş tutmuş bu görüşdə Türkiyə və Pakistanın yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən baş nazirlərinin iştirakı…

Ukrayna və Rusiya nümayəndələrinin İstanbul görüşü başa çatıb

Yeni hərbi əsir mübadiləsi hazırlanır. Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqların ikinci mərhələsini yekunlaşdırıblar. Ukrayna prezidenti Vladimir Zelenskinin Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, yeni məhbus mübadiləsi hazırlanır. …İstanbulda danışıqlar indicə yekunlaşıb. Mən sadəcə cənab…

Bu il altmış dörd uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin…

Xankəndi, Ağdərə və Xocalıda 2 minə yaxın iş yeri yaradılıb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər, kənd təsərrüfatı da inkişaf etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı…

Ölənlərin cəsədlərini “6000-ə 6000” formatında dəyişdirmək barədə razılıq…

İstanbulda keçirilən danışıqlarda Moskva və Kiyev “6000-ə 6000” formatında məhbus mübadiləsi aparmaq barədə razılığa gəliblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Telegram-da “Strana.ua” nəşri xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukraynanın müdafiə naziri Rüstəm Umerov brifinq…

“Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir”

“Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir. Bildiyimiz kimi, mətbuatın yaranma tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. O dövrdə həm maarifçilik funksiyasının yerinə yetirilməsi, həm də mülki şüurun formalaşdırılması, xalqın milli…

İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirdi. Qəbula görə…