Month: June 2025

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 2-də Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Almaniyada güclü leysan və dolu nəticəsində daşqınlar baş verib

Almaniyada həftəsonu müşahidə olunan güclü leysan və dolu nəticəsində bir neçə bölgədə daşqınlar baş verib, xəsarət alanlar var. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, xüsusilə Şimali Reyn-Vestfaliya əyalətində küçələr su altında qalıb, zirzəmilər dolub. Fövqəladə hallarla bağlı qurumlar fasiləsiz…

Bakıda mühüm və mənalı uşaq rəsim sərgisi keçirildi

Bu gün can Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar gün münasibətilə bütün uşaqlarımızı və onları böyüdən valideynləri ürəkdən təbrik edirəm. Uşaqlarımıza uğur və xoşbəxt bir həyat arzulayıram. Uşaqlar bizim gələcəyimizdir. Bu günün uşağı sabahın böyüyüdür. Uşaqlarımızı…

Türkiyənin Bingöl vilayətində bir həftə ərzində ikinci zəlzələ qeydə alınıb

Türkiyənin şərqində yerləşən Bingöl vilayətində iyunun 1-də 4,4 maqnitudalı zəlzələ baş verib. SİA Türkiyə hökuməti nəzdində Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 12:26-da qeydə alınan zəlzələnin episentri Kığı rayonunda yerləşib. Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə…

Azərbaycan İlahiyyat İnstitutunda Türkiyədən və Gürcüstandan gələn din xadimləri ilə görüş olub

İyunun 1-də Azərbaycan İlahiyyat İnstitutunda Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə komitənin sədr müavini Gündüz İsmayılov…

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb. Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak…

Növbəti fləşmob məşhur mahnıya həsr olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində musiqili fləşmob təşkil edib. Komitədən SİA-ya verilən məlumata görə, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin…

Britaniya 1,5 milyard funt sterlinq dəyərində yeni silah zavodları inşa edəcək

Böyük Britaniya hökuməti ölkənin hərbi hazırlığını gücləndirmək məqsədilə 1,5 milyard funt sterlinq dəyərində altı yeni sursat və silah zavodları tikməyi planlaşdırır. SİA “Independent”ə istinadla xəbər verir ki, bu addım bazar ertəsi açıqlanacaq yeni strateji müdafiə icmalının bir hissəsi olacaq. Müdafiə…

DYP uşaqları təbrik edir və təhlükəsizliyə çağırır

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi bütün azyaşlıları təbrik edir, onlara sağlam və təhlükəsiz gələcək arzulayır”. SİA xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub. Bildirilib ki, uşaqların yol…

Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri xiyabanı ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Fəxri xiyabanda…