İqtisadiyyat

“İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır”


“Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun “unudulduğu” və ya “texniki səhv” olduğu bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu cür hallar təkcə rəf və kassa qiymətləri arasındakı uyğunsuzluqla məhdudlaşmır: “Bəzən istehlakçılar kassada aldıqları məhsul əvəzinə daha bahalı məhsulun qiymətini ödədiklərini müşahidə edirlər. Belə hallarda istehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır: məhsulun rəfdəki qiymətinin şəklini çəkməli, kassa çekini saxlamalı, hər iki sənədi sənədləşdirərək fotoşəkil formasında qeyd etməlidir. Qanunvericiliyə əsasən, istehlakçı məhsulun üzərində göstərilən qiymətə uyğun olaraq ödəniş etmək hüququna malikdir.

Əgər bu cür uyğunsuzluq aradan qaldırılmırsa, istehlakçı məsələni Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Lakin təəssüf ki, həmin qurumla istehlakçılar arasında kommunikasiya imkanları kifayət qədər zəifdir. Vətəndaşların şikayətini ünvanlaması üçün çox zaman mürəkkəb və vaxt aparan prosedurlar tələb olunur. Bu səbəbdən, aidiyyəti qurumlar istehlakçılarla birbaşa, sürətli və şəffaf kommunikasiya imkanlarını təkmilləşdirməli, onların əlçatanlığını təmin etməlidirlər”.

Sədr qeyd edib ki, bir çox ölkələrdə, o cümlədən MDB məkanında fəaliyyət göstərən marketlərdə istehlakçı guşələri mövcuddur: “Bu guşələr vətəndaşların hüquqlarını yerindəcə müdafiə etməsinə, şikayət və təkliflərini rahat şəkildə bildirməsinə şərait yaradır. Azərbaycan da bu təcrübədən faydalanaraq iri ticarət obyektlərində istehlakçı guşələrinin yaradılmasını təşviq etməlidir. Bu, həm istehlakçı hüquqlarının qorunmasına, həm də ticarət sahəsində şəffaflığın və etimadın artırılmasına xidmət edəcəkdir.Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun “unudulduğu” və ya “texniki səhv” olduğu bildirilir.

Bu cür hallar təkcə rəf və kassa qiymətləri arasındakı uyğunsuzluqla məhdudlaşmır. Bəzən istehlakçılar kassada aldıqları məhsul əvəzinə daha bahalı məhsulun qiymətini ödədiklərini müşahidə edirlər. Belə hallarda istehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır: məhsulun rəfdəki qiymətinin şəklini çəkməli, kassa çekini saxlamalı, hər iki sənədi sənədləşdirərək fotoşəkil formasında qeyd etməlidir. Qanunvericiliyə əsasən, istehlakçı məhsulun üzərində göstərilən qiymətə uyğun olaraq ödəniş etmək hüququna malikdir.

Əgər bu cür uyğunsuzluq aradan qaldırılmırsa, istehlakçı məsələni Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Lakin təəssüf ki, həmin qurumla istehlakçılar arasında kommunikasiya imkanları kifayət qədər zəifdir. Vətəndaşların şikayətini ünvanlaması üçün çox zaman mürəkkəb və vaxt aparan prosedurlar tələb olunur. Bu səbəbdən, aidiyyəti qurumlar istehlakçılarla birbaşa, sürətli və şəffaf kommunikasiya imkanlarını təkmilləşdirməli, onların əlçatanlığını təmin etməlidirlər.

Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə, o cümlədən MDB məkanında fəaliyyət göstərən marketlərdə istehlakçı guşələri mövcuddur. Bu guşələr vətəndaşların hüquqlarını yerindəcə müdafiə etməsinə, şikayət və təkliflərini rahat şəkildə bildirməsinə şərait yaradır. Azərbaycan da bu təcrübədən faydalanaraq iri ticarət obyektlərində istehlakçı guşələrinin yaradılmasını təşviq etməlidir. Bu, həm istehlakçı hüquqlarının qorunmasına, həm də ticarət sahəsində şəffaflığın və etimadın artırılmasına xidmət edəcəkdir”- deyə o əlavə edib.