Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.
Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.