Dünya

Rusiya limanından neft daşıyan tankerdə partlayış olub


Aralıq dənizində Rusiya limanından neft daşıyan “Vilamoura” tankeri partlayış nəticəsində sıradan çıxıb. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, hadisə Liviya yaxınlığında dənizdə baş verib. Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində dənizdə çirklənmə qeydə alınmayıb və heyət üzvlərinə heç bir xəsarət dəyməyib. Zərərin qiymətləndirilməsi üçün tanker Yunanıstana yedəkdə aparılıb.

Qeyd edilir ki, gəmi təxminən bir milyon barel neft daşıyırdı.