Tramp o sanksiyaları ləğv etdi
ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb. Lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır. Bundan başqa, Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarlara da yenidən baxılacaq. Xatırladaq ki, Tramp mayda Yaxın Şərqə səfəri zamanı ABŞ-ın bu ölkəyə qarşı bütün sanksiyaları ləğv edəcəyini bəyan etmişdi. Suriya 1979-cu ildən bu yana ABŞ-ın sanksiyaları altında idi.