Xaçmazda iki şəhidin ailə üzvləri imtahan verərək attestat alıblar
Xaçmaz rayonu Qaradağlı kənd sakini şəhid Ağami Əlişanovun anası Dilbər Əhmədova və Manafoba kənd sakini şəhid Tural Ağabəyovun həyat yoldaşı Turanə Ağabəyova eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat alıblar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev attestatları Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə təqdim edib.
Sektor müdiri bildirib ki, hər iki şəxs Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayon ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.
D. Əhmədova və T. Ağabəyova Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından razı qaldıqlarını vurğulayıb, həmçinin Elm və Təhsil Nazirliyinə həssas yanaşmaya görə minnətdarlıqlarını bildiriblər.