Dünya

“Bu, Azərbaycanın müstəqilliyini və əzmkarlığını vurğulayır…”


…Rusiya hələ də Cənubi Qafqaza hərbi müdaxilə etmək və ayrı-ayrı ölkələrə təzyiq göstərmək üçün çox zəifdir. Kreml başa düşəcək ki, danışıqlar qarşıdurmadan yaxşıdır.

SİA-nın məlumatına görə, Polşa Beynəlxalq Münasibətlər İnstitutunun Cənubi Qafqaz məsələləri üzrə analitiki Boyçex Boytseviç RBC-Ukraynaya şərhində qeyd edib ki, Azərbaycan hakimiyyəti Rusiyaya tabe olmaqda deyil, çoxvektorlu xarici siyasət yürütməkdə maraqlıdır.

Bu, Azərbaycanın müstəqilliyini və əzmkarlığını vurğulayır.

Azərbaycan həm Qarabağda qələbə qazandıqdan sonra, həm də güclü ordusu eləcə də Türkiyə və İsrailin hərbi dəstəyi sayəsində belə bir mövqe tuta bilər.

Ona görə də Bakıya güclü təzyiqlər səmərəsizdir.

Eyni zamanda, analitikin fikrincə, Moskva hərbi təzyiq göstərmək üçün çox zəifdir, ona görə də sonradan danışıqlara keçə bilər.

…Ukraynadakı münaqişə ucbatından Rusiya indi ayrı-ayrı ölkələrə təzyiq göstərmək üçün Cənubi Qafqaz regionuna hərbi müdaxilə etmək üçün çox zəifdir. Gec-tez Kreml başa düşəcək ki, İlham Əliyevlə pərdəarxası danışıqlar açıq qarşıdurmadan daha yaxşı nəticə verəcək.

Polyak siyasətçi deyib bunu.

Əli Babayev